Qətərdə bir araya gələn Türkiyə prezidenti Ərdoğan misirli həmkarı Sisi ilə səmimi görüşü gündəm olub.
Qaziler.az bildirir ki, dünya mətbuatı bu görüşü: "Barışığın son əlaməti. İlk ikitərəfli təmas" adlandırıb.
Xəbər verdiyimiz kimi, Qətər 2022 FIFA Dünya Çempionatına ev sahibliyi edir.
Prezident Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Saninin dəvəti ilə bu ölkəyə gedib.
Ərdoğan açılış zamanı bu ölkəyə gələn bəzi dünya liderləri ilə görüşüb. Onların arasında Misir prezidenti Sisi də var.
Bu görüş dünya mətbuatının diqqətində olub. Qaziler.az görüşün önəmindən yazan dünya mətbuatından seçmələri təqdim edir:
Reuters: Dünya Kubokunda Sisi ilə əl sıxışdı
“Reuters” Ərdoğan-Sisi görüşü ilə bağlı “Ərdoğan Dünya Kubokunda misirli Sisi ilə əl sıxışdı” yazıb.
“Reuters” iki liderin qısa söhbət etdiyini, Ərdoğanın Fələstin prezidenti Mahmud Abbas və İordaniya kralı Abdullahla da danışdığını bildirilib.
Bloomberg: yaxınlaşmanın əlaməti
"Bloomberg" prezident Ərdoğanın Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı misirli həmkarı ilə görüşdüyünü bildirib.
Qeyd olunub ki, bu əl sıxışma Ankara-Qahirə münasibətlərində təxminən 10 ildir sürən gərginlikdən sonra bu görüşdən sonra başlayacaq diplomatik prosesdə anlaşmanın əlaməti ola bilər.
Əl-Cəzirə: Aralarında ilk görüş
“Əl-Cəzirə”nin ərəb xidməti “Onlar arasında ilk görüş... Ərdoğanla Sisi Dünya Kubokunda əl sıxıblar” deyib.
“Türkiyə prezidentliyinin rəsmisi təsdiqləyib ki, bu, iki prezident arasında “ilk ikitərəfli təmas”dır”, - məlumatda deyilir.
Fransa 24: Sisi ilə ilk dəfə əl sıxışdı
"France 24" ərəb dilində bunları yazıb: “İllərdir münasibətlərdə soyuqluq hökm sürür... Ərdoğan dünya çempionatının açılışında ilk dəfə Sisi ilə əl sıxışdı”.
CNN: Tarixi əl sıxma
Görüşü şərh edən "CNN Arabic": "Anlaşma yaxındırmı?" -deyə soruşub və əl sıxmağın “tarixi” sayıldığını vurğulayıb.
QAZİLER.AZ