Türkiyəyə raket atıldı: Yaralananlar var

Türkiyəyə raket atıldı:  Yaralananlar var backend

Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə (Suriya) raket hücumu edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik əməkdaşı yaralanıb.

“Bu gün PKK/PYD terror təşkilatı Tel Rıfat bölgəsindən (Suriya - red.) Kilis Öncüpınar sərhəd keçid-məntəqəsində yerləşən Polis Özəl Hərəkat Qərargahına reaktiv yaylım atəş sistemi ilə hücum gerçəkləşdirib. Hücum nəticəsində 1 komissar və 6 polis əməkdaşı olmaqla 8 təhlükəsizlik işçisi yaralanıb”, - Türkiyə DİN açıqlayıb.

Xatırladaq ki, 2022-ci ilin noyabrın 19-da Suriya və İraqın şimalında Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qılınc” hava əməliyyatına başlayıb. Əməliyyat Türkiyə tarixinin ən böyük hava hərəkatıdır.

Diaspora