Türkiyə Suriya və İraqa hava zərbələri endirib - VİDEO

Türkiyə Suriya və İraqa hava zərbələri endirib - VİDEO backend

Türkiyə Silahlı Qüvvələrinin PKK/KCK/YPG və digər terrorist qüvvələrinə qarşı keçirdiyi xüsusi antiterror əməliyyatı zamanı Suriyada dörd, İraqda isə bir bölgəyə hava zərbələri endirilib.

Bu barədə “A Haber” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Suriyanın Kobani, Tel-Rifat, Derbisiya, Derik və İraqın Şengal bölgəsi Türkiyənin “F-16” qırıcıları və pilotsuz uçuş aparatları ilə vurulub.

Bildirilib ki, əməliyyatda iştirak edən hərbə texnika Türkiyə Hərbi Hava Qüvvələri komandanlığının Diyarbəkirdəki 8-ci əsas reaktiv bazasından havaya qalxıb.

Diaspora