"Rusiya ilə Ukrayna arasında dava dürüst olmalıdır" - Priqojin

"Rusiya ilə Ukrayna arasında dava dürüst olmalıdır" -  Priqojin backend

"Bu, ukraynalılar tərəfindən deyil, amerikalılar tərəfindən törədilən təxribatdır..."

 

"Satqın yalnız özününkü ola bilər, ukraynalı əsirlər cəzalandırılmayacaq, onlar satqın deyil..."

 

"Ukraynalılar əsir düşən slavyanları güllələyə bilməz, çünki onların hər biri mübadilə üçün lazımdır..."

 

"Vaqner qrupu" özəl hərbi şirkətin sahibi rusiyalı hərbi əsirlərin güllələnməsində ukraynalıların əli olduğuna şübhə ilə yanaşır. 

 

Moderator.az xəbər verir ki, bu barədə "Moskovskiy Komsomolets" nəşri yazıb.

 

Rusiyalı oliqarx, "Konkord" şirkətinin və "Vaqner qrupu" özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojin rusiyalı hərbi əsirlərin sosial şəbəkələrdə geniş şərh edilən güllələnməsini əks etdirən videoyazını

şərh edib. 

 

Putinə yaxın olan biznesmen istisna etmir ki, bu, ukraynalılar tərəfindən deyil, amerikalılar tərəfindən törədilən təxribatdır. 

 

"Hətta rusiyalı əsirlər həlak olsalar belə, biz bu təxribatlara uymayacağıq", - "Konkord" şirkətinin mətbuat xidməti bəyan edib. 

 

Əsir düşən rusiyalıların qətlini göstərən kadrları Priqojin satqınlar və düşmənlər arasında fərq barədə ictimai diskusiyalar kontekstində şərh edib.

 

Biznesmenin sözlərinə görə, ukraynalı əsirlər buna cavab olaraq cəzalandırılmayacaq. Çünki onlar satqınlara aid deyil. 

 

"Satqın yalnız özününkü ola bilər. Ona görə də düşmənlərə qarşı, heç şübhəsiz, biz heç bir cəza tədbiri tətbiq etməyəcəyik, ukraynalı əsirlər birmənalı olaraq, hətta bizi təhrik etsələr belə, öz vətənlərinə sağ-salamat qaytarılacaq", - o, vurğulayıb.

 

Sahibkar həmçinin şübhə edir ki, ukraynalılar əsir düşən slavyanlıları güllələyə billər, çünki onların hər biri mübadilə üçün lazımdır. Onun fikrinə görə, əksinə, "yankilər buna 100 faiz qadirdir".

 

"Ona görə də, düşünürəm ki, rusiyalı əsirlərin güllələnməsi amerikalıların Ukraynada münaqişəni yeni qüvvə ilə alovlandırmaq cəhdidir", - biznesmen deyib.

 

"Lakin biz buna getməyəcəyik, amma siz satqının qoxusunu hiss etsəniz, o zaman "gürz sizə tərəf yönələcək". 

 

"Rusiya ilə Ukrayna arasında dürüst dava olmalıdır. Lakin bunlar sırf nəzəri cəhətdən belədir, yəqin ki, siz yaxşı bilirsiniz ki, gürz mənim metodum deyil", - Priqojin deyib.

 

Qeyd edək ki, bu yaxınlarda Ryazan həbsxanasının keçmiş məhbusu Yevgeni Nujinin Ukraynada əsir düşməsi və başına gürz vurulması ilə qətlə yetirilməsi videosu yayılıb.

 

Əvvəlcə Priqojin bu videonu şərh edərək "İtə it ölümü gərəkdir" deyib. Lakin bir neçə gündən sonra onun belə bir bəyanatı yayılıb ki, videonu yoxlamaq lazımdır, çünki burada ABŞ xüsusi xidmət orqanlarının izi var. 

 

Qeyd edək ki, rusiyalı hərbi əsirlərin güllələnməsini əks etdirən videonun həqiqiliyi təsdiqlənməyib.

 

Lakin BBC-nin rus xidmətinin fikrinə görə, silahı yerə qoyan və təslim olan kombatantın qətlə yetirilməsi və ya yaralanması hərbi cinayətdir. Eyni zamanda, yalandan əsir düşmək də müharibənin aparılması qaydasına ziddir.

Diaspora