Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 9-a çatıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, qubernator Valeri Limarenko məlumatına görə, Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli binada baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı dördü uşaq olmaqla doqquz nəfərə çatıb, daha bir nəfər dağıntılar altında qalıb.
09.49
Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 7-yə çatıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Valeri Limarenko bildirib. O ölənlərdən 3-nün uşaq olduğunu deyib.
Hazırda ərazidə itkin düşmüş sayılan daha 3 nəfərin axtarışları davam etdirilir.
***
09:52
Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 4-ə çatıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin xilasetmə xidmətindən məlumat verilib.
***
08:20
Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı artıb.
APA xəbər verir ki, bu barədə qubernator Valeri Limarenko bildirib.
Partlayış nəticəsində ölənlərin sayı 3-ə yüksəlib.
***
Saat 07:53
Rusiyada beşmərtəbəli yaşayış binasında baş verən partlayışda 9 nəfər xəsarət alıb, bir nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İlkin məlumatlara görə, hadisə mənzillərdən birində qaz balonunun partlaması nəticəsində baş verib.
***
Saat 07:15
Rusiyanın Saxalin adasının Tımovskoye kəndində beşmərtəbəli yaşayış binasında partlayış olub.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir.
Dağıntılar altında 6 nəfərin qaldığı ehtimal olunur.
Hazırda hadisə yerinə xilasedicilər insanların axtarışına başlayıblar.