Bədənində damar tapılmayan məhkumun edam cəzası ləğv edildi

Bədənində damar tapılmayan məhkumun  edam cəzası ləğv edildi backend

ABŞ-ın Alabama ştatında arvadını öldürdüyü üçün edam cəzasına məhkum edilən məhbusun hökmü uğursuz alındıqdan sonra kamerasına geri qaytarılıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, 1998-ci ildə edam hökmü verilən məhbusun ölmücül iynə ilə öldürülməsi üçün bədənində uyğun damar tapılmayıb.

Ştatın İslahlar Departamentinin komissarı bildirib ki, həbsxana işçiləri məhbus Kenneth Eugene Smithə dərmanı venadaxili yeritmək üçün bir saat məşğul olublar.

57 yaşlı məhbusun bədəninin müxtəlif yerlərini incələdikdən sonra onun ikinci damar yoluna müdaxilə də uğursuz olub. Daha sonra böyük bir damara plastik boru ilə ölümcül iynəyi yeritməyə çalışıblar. Lakin bu da uğursuzluqla nəticələnib. Proses gecə yarısına kimi davam etdiyindən: “bizim bunu başa çatdırmaq üçün kifayət qədər vaxtımız yox idi, ona görə də edamı ləğv etdik”, - deyə komissar açıqlama verib.

Belə ki, edam cəzası gecə yarısı bitdiyindən dövlət yeni edam tarixi alması üçün məhkəməyə müraciət etməlidir. Xəbərdə qeyd edilib ki, bu sentyabr ayından bu yana ştatn oxşar hadisəylə bağlı ləğv etdiyi ikinci edam hökmüdür.

QAZİLER.AZ

loading...
Diaspora