Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyindən məlumat verilib.
Telefon danışğı zamanı iki lider Rusiya-Ukrayna müharibəsi və “taxıl sazişi” ilə bağlı məsələləri müzakirə edib.
Ərdoğan söhbət əsnasında taxıl ixracı ilə bağlı İstanbul sazişinin uzadılmasında konstruktiv yanaşmasına və Taksim meydanındakı terror aktına görə verdiyi başsağlığı üçün Zelenskiyə təşəkkür edib.
Bu barədə tvitterdə paylaşım edən Zelenski isə Ərdoğanla müdafiə və enerji sektorunda əməkdaşlığı müzakirə etdiyini qeyd edib.
QAZİLER.AZ