Rusiya ordusu Xerson vilayətindən çıxardığı qoşunları müvəqqəti işğal olunmuş Luqansk vilayətinə köçürür.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumatda qeyd edilir ki, Rusiya qoşunları Zaporojye vilayətində müdafiə xətləri qurmaq üçün Prişibdəki müəssisələrin imkanlarından istifadə etməyi planlaşdırırlar.
“Rusiya işğalçı qoşunlarının ayrı-ayrı bölmələrinin Xerson istiqamətindən Luqansk vilayətinin Novoaydar şəhərinə hərəkəti qeydə alınıb”, - məlumatda deyilir.
UNİAN qeyd edir ki, Luqansk vilayətinin 12 yaşayış məntəqəsi Rusiya ordusundan azad edilib. Hazırda Ukrayna Silahlı Qüvvələri Svatov istiqamətində sürətlə, lakin ehtiyatla irəliləyir. Rus əsgərləri kütləvi şəkildə məhv edilir, ancaq kimsə onların cəsədlərini təxliyə etmir.
QAZİLER.AZ