Türkiyənin İstiqlal küçəsində terror aktı törədən Suriya əsilli Əhlam Əlbəşirin partlayışdan 9 gün əvvəl küçədə kəşfiyyat apardığı anların kamera görüntüləri əldə edilib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, terrorla bağlı araşdırmalar davam etdikcə yeni detallar üzə çıxıb.
Təhlükəsizlik kamerasına yansıyan görüntülərdə cins şalvarda və hicabda olan qadın noyabrın 4-də saat 17:30 radələrində küçədə gəzişib.
Qadının ərazidə kəşfiyyat xarakterli gəzişdiyi və həmin gün də əlində hadisə baş verən gün daşıdığı qızılgülün bənzəri olması diqqət çəkib.
QAZİLER.AZ
