ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Kiyevi Polşada raketin düşməsi ilə bağlı insidenti şərh edərkən daha diqqətli olmağa çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, Vaşinqtondan belə bir tələb Ukrayna lideri Vladimir Zelenskinin Rusiyaya qarşı ittihamları fonunda edilib. Belə ki, Polşada fövqəladə vəziyyətlə bağlı məlum hadisədən təxminən bir saat sonra Ukrayna prezidenti insidentdə Rusiya tərəfini günahlandırıb.
“Sallivan bu açıqlamalardan dərhal sonra Zelenskinin ofisinə zəng vurub və ona yaxın şəxsləri hadisə ilə bağlı danışarkən daha diqqətli olmağa çağırıb”, deyə kanal qeyd edib.
ABŞ rəsmiləri həmçinin NATO müttəfiqlərindən Varşava tərəfindən insidentlə bağlı təhqiqat başa çatana qədər qəti bəyanatlardan çəkinmələrini tələb ediblər.
Xatırladaq ki, raketin düşdüyü gün Polşa prezidenti Andjey Duda ölkə ərazisinə düşmüş ikinci raketin izlərinə rast gəlinmədiyini bildirib. Daha sonra Polşa ukraynalı mütəxəssislərə raketin vurulduğu yerə baş çəkməyə icazə verib. Polşa prezidenti bildirib ki, Ukrayna nümayəndələri Polşada raketin düşməsi ilə bağlı araşdırma ilə tanış ola bilərlər, lakin orada iştirak edə bilməzlər.
ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə Polşaya raketin düşməsi ilə bağlı təcili iclas keçirilib. İclasdan sonrakı açıqlamasında ABŞ lideri Rusiyadan Polşaya raketlərin buraxılmasını çətin hesab etdiyini deyib. ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken isə ABŞ-ın Polşadan Ukrayna raketinin düşməsini təkzib edəcək məlumatlar almadığını bildirib.
Qeyd ki, Zelenski Co Bayden və Anjey Dudanın bəyanatlarının əksinə olaraq, Ukraynanın Polşadakı raket insidenti ilə heç bir əlaqəsi olmadığını təkid edir.
QAZİLER.AZ