İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni hesab edir ki, o, Rusiya prezidenti Vladimir Putini Milad bayramı ərəfəsində Ukrayna ilə sülh danışıqlarına başlamağa və müharibəni dayandırmağa inandıra bilər.
Qaziler.az bildirir ki, bu barədə Spectator. nəşri məlumat verib.
Nəşrin yazdığına görə, Berluskoni Ukrayna və Rusiya arasında sülh sazişinin imzalanmasında vasitəçi olmaq arzusundadır.
Eyni zamanda, Spectator qeyd edir ki, keçmiş baş nazirin etibarlı adamı, eləcə də yeni hökumətdə İtaliyanın mədəniyyət nazirinin müavini vəzifəsini tutan Vittorio Sqarbinin sözlərinə görə, Berluskoni özünü yeganə mümkün vasitəçi hesab edir.
Sqarbi həmçinin qeyd edib ki, Berluskoni "gözəl jestləri sevir".
"O, elə bu jesti nəzərdə tutur. Berluskoni inanır ki, bunu həyata keçirə bilər və o, bunu NATO-nun mövqeyinə xələl gətirmədən edə bilsə, tarix kitablarına dünya qəhrəmanı kimi düşəcək", - deyə nazir müavini əlavə edib.
QAZİLER.AZ