Bəzi Qərb siyasətçilərinin çağırışlarına baxmayaraq, Rusiya Federasiyası G20 ölkələrindən kənarda qala bilməz.
Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın yeni seçilmiş baş naziri Rişi Sunak Misirdə COP27 sammitində çıxışı zamanı deyib.
"Böyük iyirmilik konsensus əsasında işləyən daha geniş ölkələr qrupudur. Beləliklə, Rusiyanı G7-dən olduğu kimi bu qrupdan da çıxarmaq mümkün deyil", - deyə Böyük Britaniyanın baş naziri bildirib.
QAZİLER.AZ