Bu gün Türkiyənin İğdır vilayətində baş verən terror aktında həlak olan polislərdən biri Abdulla Gülün prezidentliyi dövründə onun mühafizə xidmətində çalışıb.
APA-nın xəbərinə görə, şəhid polis məmuru Fəhmi Şahin A. Gülün prezidentliyi dövründə onun şəxsi mühafizəçilərindən biri olub. A. Gülün səlahiyyət müddəti başa çatdıqdan sonra F. Şahin İğdıra, Dilucu gömrük-keçid məntəqəsinə göndərilib.
Qeyd edək ki, bu gün səhər polisləri Dilucu gömrük-keçid məntəqəsinə aparan mikroavtobus PKK terrorçuları tərəfindən partladılıb. Nəticədə 13 polis əməkdaşı şəhid olub.