Ukrayna Belarusla sərhəddə beton hasar çəkməyə başlayıb - FOTO

Ukrayna Belarusla sərhəddə beton hasar çəkməyə başlayıb -  FOTO backend

Ukrayna Belarusla sərhəddə  dəmir beton hasarın tikintisinə başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Belarus Respublikasının Sərhəd Komitəsi məlumat yayıb.

Komitə yaydığı fotolarda hərbçilərin qarşı tərəfdəki insanları hədəf aldıqlarını qeyd edib. 

“Müşahidə qüllələrində yerləşən Ukrayna hərbçiləri qəsdən gərgin vəziyyət yaradırlar”, deyə məlumatda bildirilir.

Belarusun məlumatına görə, beton hasar dövlət sərhədindən 10-15 km aralıda yerləşir. Hündürlüyü 3-4 metr olan hasarın üzəri tikanlı məftillərlə hörülüb. 

QAZİLER.AZ

Diaspora