Məşhur “The Simpsons” cizgi serialının bundan əvvəl təxmin etdiyi proqnozlara daha biri əlavə edilib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, ABŞ-da 34 sezon davam edən və günümüzdə yaşanan hadisələri əvvəlcədən təxmin etməsiylə gündəm olan cizgi serialı keçmiş prezident Donald Trampın 2024-cü ildə də prezident seçkilərində namizəd olacağını təxmin edib.
Cingi filminin 2015-ci ildə yayımlanan “Trumptastic Journey” başlıqlı bölümündə Donald Trampın ABŞ prezidenti olacağına dair proqnozlar yer alıb, 2024-cü il seçkilərində namizəd olacağı da göstərilir.
Serialın ssenaristi bununla bağlı bir foto da paylaşıb. Fotodakı tabloda “Trump 2024”ün yazıldığı görünür. Bölümün ssenarisinə görə Trump 2028-ci ildə də prezident seçkilərində namizəd olacaq.
QAZİLER.AZ
