Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan küçə itlərinin bələdiyyələr tərəfindən toplanılacağını və bunun üçün iki nazirliyə tapşırıq verdiyini bildirib.
Qaziler.az xəbər verir ki, bunu Ərdoğan 17-ci G20 Sammiti çərçivəsində İndoneziya səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İlk olaraq dünyasını dəyişən körpəmizə Allahdan rəhmət diləyirəm. Sahibsiz heyvanların yeri küçələr deyil, sığınacaqlardır. Bununla bağlı Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi nazirliyinə və Kənd təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə lazımi göstərişlər verdim. Bu işi boş buraxmamalıyıq. Xüsusilə də bələdiyyələr sahibsiz itləri toplamalı, sığınacaqlar tikilməlidirlər”, deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, təkcə 2022-ci ildə Türkiyədə küçə itləri 27 nəfərin ölümünə səbəb olub.
QAZİLER.AZ