Ukrayna tərəfindən axtarışa verilməsinə Kadırovdan REAKSİYA

Ukrayna tərəfindən axtarışa verilməsinə Kadırovdan REAKSİYA backend

Çeçenistan lideri Ramzan Kadırov Ukraynada axtarışa verilməsi ilə bağlı məlumatı şərh edərkən, Ukrayna Təhlükəsizlik Xidmətinə onunla şəxsən görüş təşkil etməsini təklif edib.

Qaziler.az xəbər verir ki, Kadırov bu barədə şəxsi teleqram kanalında paylaşım edib.

“Mən özüm gələcəm, sizi etdiyiniz cinayətlərə görə cəzalandıracağam. Məni axtarmağa ehtiyac yoxdur. Yeri gəlmişkən, mən artıq bir neçə dəfə Ukraynada olmuşam və orada kiməsə mənim həbs edilməm üçün təlimat verildiyini görməmişəm” - Kadırov deyib.

“Görünür Ukrayna Təhlükəsizlik Xidməti heç bir iş görmür. Çünki orda mütəmadi olaraq elektrik enerjisi kəsilir, hava sirenləri isə hər zaman müdaxilə edir. Belə şəraitdə işləmək çətindir”, Ramzan Kadırov əlavə edib.

Qeyd edək ki, rəsmi Kiyev Çeçenistan liderini iki maddə ilə Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə, həmçinin təcavüzkar müharibə aparmaqda ittiham edir və buna görə axtarışa verib.

QAZİLER.AZ

Diaspora