ABŞ–ın sabiq prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Polşaya iki raket zərbəsi endirən Ukraynaya hərbi yardımı dayandırmağa çağırıb.
Qaziler.az “ukraina.ru”ya istinadla xəbər verir ki, Trampın oğlu bu haqda tvitterdə paylaşım edib.
“Ukrayna NATO üzrə müttəfiqimiz Polşanı raketlə vurduğuna görə, heç olmasa bundan sonra onların silahlanmasına milyardlarla vəsait xərcləməyi dayandıra bilərikmi?”, – deyə kiçik Tramp yazıb.
Qeyd edək ki, keçmiş ABŞ prezidenti Donald Trampın təmsil etdiyi Respublikaçılar Partiyasındakı bəzi qruplar Ukraynaya hərbi yardımın azaldılmasının tərəfdarıdır.
QAZİLER.AZ