Türkiyədə terror aktı törədən qadın əmri kimdən aldığını açıqladı - FOTO

Türkiyədə terror aktı törədən qadın əmri kimdən aldığını açıqladı - FOTO backend

Türkiyənin İstiqlal küçəsində terror aktı törədən Ahlam Albaşir adlı terrorçu qadın hadisəni törətmək üçün əmri kimdən aldığını açıqlayıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, qadın bombanı partlatmaq üçün əmri kod adı “Hacı” olan terrorçudan aldığını bildirib.

Araşdırma əsnasında soruğu-sual edilən qadın bunları deyib: “Bankda oturmuşdum. Başqa bir təşkilat üzvü şəklimi çəkdi. Hacı adlı terrorçu insanların çoxluğuna baxdı və parlatmaq əmri verdi. Mən də təlimatı alandan sonra bankdan çıxdım və bombanı partlatdım”, deyə terrorçu bildirib.

QAZİLER.AZ

Diaspora