Polşanın xarici işlər naziri Zbiqnev Rau Pşevoduv kəndinə raketin düşməsindən sonra Rusiya Federasiyasının Varşavadakı səfiri Sergey Andreyevlə görüşüb.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, söhbət dörd dəqiqə davam edib.
CNN-in məlumatına görə, rusiyalı diplomat görüşə gecə yarısı gəlib. Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yassina qeyd edib ki, Rau Andreyevi xoş münasibət göstərmədən və əl sıxmadan qəbul edib.
“Rus diplomata rəsmi nota oxundu, o da qəbul etdi və getdi”, - məlumatda qeyd edilib.
Bundan əlavə, Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski RMF FM radiosuna açıqlamasında Zbiqnev Raunun Andreevdən vəziyyəti izah etməsini tələb edib.
QAZİLER.AZ