Ukrayna parlamenti ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasını dəstəkləyib.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Ukrayna prezident Volodimir Zelenskinin fərmanına əsasən, xüsusi rejim növbəti 90 gün ərzində - 2023-cü il fevralın 19-dək davam etdiriləcək.
Deputat Yaroslav Jeleznyakın sözlərinə görə, hərbi vəziyyət haqqında qanun layihəsini 294 deputat, səfərbərlik haqqında qanun layihəsini isə 297 deputat dəstəkləyib.
Qeyd edək ki, Rusiya Federasiyasının Ukraynada başlatdığı hərbi əməliyyatlardan dərhal sonra fevralın 24-ü saat 5:30-dan başlayaraq 30 gün müddətinə hərbi vəziyyət və ümumi səfərbərlik tətbiq edilib. Bu müddət daha sonra bir neçə dəfə uzadılıb.
QAZİLER.AZ