"Qəbul edilən qətnamə cılızdır və nəticələri bumeranq kimi özlərinə qarşı yönələcək..."

"Qəbul edilən qətnamə cılızdır və nəticələri bumeranq kimi özlərinə qarşı yönələcək..." backend

"Bu, soyğunçuluq və bütün əsasların tapdalanmasıdır..."

 

"Qərar hüquqi öhdəlik yaratmır və biz buna belə də yanaşacağıq..."

 

"Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynanın bərpasına ən azı 349 milyard dollar vəsait lazımdır..."

 

Kreml BMT-nin Ukraynaya təzminat barədə qətnaməsindən hiddətlənib...

 

Rusiya BMT Baş Assambleyasının Moskvanın Ukraynaya təzminatı barəsində qətnaməsinin qəti əleyhinədir.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Məlumatı "Moskovskiy Komsomolets" nəşri yayıb.

 

"Təbii ki, bu prosesin təşkilatçıları bizim qanunsuz olaraq dondurulan qızıl valyuta ehtiyatlarımızın talan edilməsini başa çatdırmağa cəhd edir. Əslində, bu, BMT meydançasından istifadə edərək, talanın rəsmiləşdirilməsidir. Qərar hüquqi öhdəlik yaratmır, biz buna belə də  yanaşacağıq", - nəşr Peskovdan iqtibas gətirib.

 

Kremlin nümayəndəsi qeyd edib ki, "Rusiya bütün mümkün olanları edəcək" ki, "Rusiyanın dondurulan aktivlərinin mənimsənilməsinə yol verilməsin.

 

"Son illər xüsusi mülkiyyətin və beynəlxalq hüququn bütün əsaslarının mütləq pozulması fonunda, əlbəttə ki, qəsbetmə metodları üstünlük təşkil edir. Bütün bunlar gələcək siyasi xəttimizin müəyyən edilməsində nəzərə alınacaq", - Peskov vəd edib.

 

O, həmçinin məlumat verib ki, Rusiya BMT Baş Assambleyasında səsvermə zamanı dost ölkələrin tutduqları mövqeni diqqətlə izləyir.

 

Xəbər verildiyi kimi, dünən BMT Baş Assambleyasının xüsusi sessiyasında qəbul edilən qətnamədə Rusiyaya Rusiya qoşunlarının müharibə zamanı Ukraynaya vurduğu ziyana görə təzminat ödəməsinə çağırış edilib.

 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Qərb hüquqi əsaslar yaratmağa, beləliklə də Rusiyanın dondurulan, əslində isə oğurlanan maliyyə aktivlərini xərcləməyə başlamağa cəhd edir. O, qeyd edib ki, qəbul edilən qətnamə cılızdır və onun nəticələri "bumeranq kimi həmin ölkələrin özlərinə qarşı çevriləcək".

 

May ayında baş nazir Denis Şmıqal məlumat verib ki, Ukrayna Qərbdə Rusiya aktivlərinin, o cümlədən Rusiya Mərkəzi Bankının 300 milyard dollar məbləğində dondurulan qızıl valyita ehtiyatlarının öz xeyrinə müsadirə edilməsinə çalışır.

 

Sentyabr ayında Avropa Komissiyası, Dünya Bankı və Ukrayna hakimiyyəti hesablayıb ki, Rusiyanın hərbi müdaxiləsindən sonra ölkənin bərpasına ən azı 349 milyard dollar vəsait lazımdır.

loading...
Diaspora