Amazon şirkətinin qurucusu, rəhbəri və baş icraçı direktoru Ceff Bezos 200 milyard dollara yaxın sərvətinin böyük hissəsini xeyriyyəçiliyə sərf etməyi planlaşdırır.
Qaziler.az bildirir ki, Bezos CNN-ə deyib ki, həyatı boyu 200 milyard dollara yaxın olan varidatının, böyük hissəsini, yəni 124 milyard dollarını qlobal istiləşmə ilə mübarizəyə sərf edəcək. O, bunu bütün ömrü boyu edəcəyini vurğulayıb.
CNN bildirib ki, iş adamı planlaşdırdığı ianənin faizini qeyd etməkdən imtina edib.
Xatırladaq ki, Ceff Bezos dünyanın dördüncü ən varlı adamıdır.