İŞİD İraqın şimalında yerləşən Mosul şəhəri ətrafındakı yaşayış məntəqələrindən 127 uşağı qaçırıb. APA TV-nin məlumatına görə, bu barədə "Iraqi News" portalı məlumat yayıb.
Terrorçuların qaçırdığı uşaqlar 11-15 yaş arası azyaşlılar və yeniyetmələrdir. Onların xüsusi düşərgələrə aparıldıqları bildirilir. Uşaqlara silahlardan istifadə etmək və terror aktlarının həyata keçirilməsi ilə bağlı təlimlər keçiriləcəyi istisna edilmir. Onlardan terrorçu-kamikadzelər də yetişdiriləcəyi iddia edilir. Uşaqlar qaçırılarkən terrorçularla valideynlər arasında döyüş baş verib. Yeniyetmələrdən birinin atası iki terrorçunu öldürüb.