“Ukrayna danışıqlardan qəti şəkildə imtina edir”.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov G20 sammitində mətbuata çıxışı zamanı deyib. Lavrovun Zelenskinin sülh sazişi ilə bağlı irəli sürdüyü təkliflərə cavabı da gecikməyib:
“Zelenskinin Rusiyaya qarşı tələbləri qeyri-adekvatdır. Xatırladım ki, bütün problemlər danışıqlardan qəti şəkildə imtina edən və bu vəziyyətdə qeyri-real təkliflər irəli sürən Ukrayna tərəfindədir”, - Lavrov vurğulayıb.
QAZİLER.AZ