“Rusiya sözdə bu müharibəni bitirmək istədiyini deyirsə, bunu əməlləri ilə sübut etsin”.
Qaziler.az xəbər verir ki, bunu İndoneziyanın Bali adasında keçirilən G20 Sammitinə videomüraciətlə qatılaraq liderlərə səsələnən Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski sülh razılaşması ilə bağlı 10 şərtini də açıqlayıb və imzalandıqdan dərhal sonra “Minsk3”ün ləğv ediləcəyini deyib.
Zelenskinin sülh sazişi üçün irəli sürdüyü 10 şərti aşağıdakılardır:
1.Radiasiya və nüvə təhlükəsizliyi;
2. Qida təhlükəsizliyi;
3.Enerji təhlükəsizliyi;
4. Bütün məhbus və əsirlərin azad edilməsi;
5. BMT nizamnaməsinin tətbiqi və Ukraynanın ərazi bötüvlüyünün, dünyadakı nizamın bərpası;
6. Rusiya qoşunlarının geri çəkilməsi və hərbi əməliyyatların dayandırılması;
7. Ədalətin bərpası;
8.Ətraf mühitə olan dağıdıcı təsirə qarşı mübarizə;
9. Gərginliyin qarşısının alınması;
10.Müharibənin başa çatdığının təsdiqi;
QAZİLER.AZ
