Türkiyənin İstiqlal küçəsində terror aktı törədən qadının yaxalanma anında boğazının sıxılmış vəziyyətdə tutulması müzakirə mövzusu olub.
Qaziler.az xəbər verir ki, bu barədə CNN Türkdə yayımlanan “Tarafsız Bölge” verilişdə ətraflı danışılıb.
Belə ki, terrorçunun evində yaxalanmasına aid görüntülər yayımlandıqdan sonra sosial şəbəkə istifadəçiləri tərəfindən polisin qəzəbdən dolayı qadının boğazını sıxdığı düşünülüb. Lakin verilişdə mütəxəssislər bunun polisin qəzəbdən deyil, terrorçunun intihar etməməsi və ya ağzındakı vacib sənədi udmaması üçün boğazını sıxdığını izah edib.
Təhlükəsizlik üzrə ekspert Dr.Eray Güçlüer bundan əvvəlki əməliyyatda terrorçunun intihar məqsədiylə dərman udduğunu da xatırladıb. Bunun terorçunun boğazında “intihar dərmanı”nı udmaması və ya məxfi sənədlərin məhv edilməsinin qarşısını almaq üçün edildiyi diqqətə çatdırıb.
QAZİLER.AZ