Ərdoğanla Bayden görüşdü: Gündəmdə terror aktının müzakirəsi var - VİDEO

Ərdoğanla Bayden görüşdü: Gündəmdə terror aktının müzakirəsi var - VİDEO backend

İndoneziyanın Bali adasında keçirilən G20 sammiti çərçivəsində ABŞ lideri Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  arasında görüş başlayıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, sammitdə Ərdoğanın bir çox liderlərlə görüşü planlaşdırılsa da, Baydenlə görüşəcəyi siyahıda olmayıb. Lakin sonra ABŞ və Türkiyə heyətləri iki ölkə liderinin görüşməsi üçün razılığa gəlib.

Balidə Ərdoğan-Bayden görüşünün ayaqüstü keçirilməsi gözlənilsə də, daha sonra sammitin keçirildiyi məkanın foyesində uzun və əhatəli şəkil alıb.

Görüşdə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, İqtisadiyyat və Maliyyə naziri Nurəddin Nebati və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar da iştirak edib.

Görüş zamanı Rusiya-Ukrayna müharibəsi üçün atıla biləcək sülh addımları, Qara dənizdə “taxıl sazişi”nin uzadılması və bir sıra regional məsələlərin müzakirəsi nəzərdə tutulur.

Gündəmə gətiriləcək digər məsələ isə ötən gün Türkiyənin İstiqlal küçəsində törədilən terror hadisəsidir.

QAZİLER.AZ

Diaspora