Zelenskidən Rusiyaya əsirlərin dəyişdirilməsiylə bağlı TƏKLİF

Zelenskidən Rusiyaya əsirlərin dəyişdirilməsiylə bağlı  TƏKLİF backend

Ukrayna prezidenti Volodimir Zelenski G20 sammitində Rusiyadan bütün ukraynalı əsirlərin azad edilməsini tələb edib.

Qaziler.az xəbər verir ki, “France Presse”in yaydığı məlumatda, onun belə bir bəyanatla G20 sammitində videoçıxışı zamanı bildirdiyi qeyd edilib.

Ukrayna prezidenti çıxışında Rusiyaya əsirlərinin "hamını hamıya" prinsipi əsasında dəyişdirilməsini təklif edib.

Zelenskinin yeni tələbləri arasında Zaporojye AES-də radiasiya təhlükəsizliyinin bərpası, Rusiya enerji resurslarının qiymət tənzimlənməsinin tətbiqi və taxıl sazişinin uzadılması da yer alıb.

Qeyd edək ki, axırıncı dəfə Rusiya noyabrın 11-də 45 ukraynalı əsiri geri qaytarıb.

QAZİLER.AZ

Diaspora