Rusiya Luqanskda əhalini təxliyə etməyə hazırlaşır

Rusiya Luqanskda əhalini təxliyə etməyə hazırlaşır backend

Rusiya işğal etdiyi Luqansk vilayətinin üç şəhərindən bütün mülki əhalini ağır humanitar vəziyyətə görə təxliyyə etmək niyyətindədir.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam xülasəsində məlumat verib.

“Luqansk vilayətində yaranmış ağır humanitar vəziyyətlə əlaqədar olaraq, işğalçılar Kremennaya, Severodonetsk və Rubijne yaşayış məntəqələrindən mülki əhalinin müvəqqəti işğal olunmuş ərazilərə tam təxliyyəsini həyata keçirməyi planlaşdırır”, - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora