Rusiyanın “Wagner” muzdlu hərbi qruplaşması Ukraynada döyüşməkdən qaçan rus əsgərinin başını çəkiclə yararaq öldürdüyü anın videosunu paylaşıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, yayılan görüntülərdə özünü Yevqeni Nujin kimi tanıdan rusiyalı sentyabrın əvvəlində Ukrayna əsgərlərinə təslim olduğunu bildirib. Daha sonra yayımlanan dəhşətli görüntülərdə 55 yaşlı kişinin Vaqner döyüşçüsü tərəfindən başından çəkiclə vurularaq öldürüldüyü əks olunub.
Vaqnerin başçısı Yevqeni Priqojin dünən mətbuata açıqlamasında “Nuzin xalqına, yoldaşların xəyanət etdi. Nə əsir alındı, nə də təslim oldu, ancaq fərrarilik etdi”, - deyə o bildirib.
Məlumata görə, Nujin Rusiyada səfərbərlik zamanı həbsxanada olub, daha sonra Vaqner tərəfindən silah altında Ukraynada döyüşməyə göndərilib.
QAZİLER.AZ

