Lavrov İndoneziyada xəstəxanalıq olub? - VİDEO

Lavrov İndoneziyada xəstəxanalıq olub? - VİDEO backend

G20 sammitinə qatılmaq üçün İndoneziyanın Bali adasına gedən Rusiya XİN rəhbəri Sergey Lavrovun xəstəxanaya aparıldığı iddia edilib.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, yayılan məlumatlarda Lavrovun ürəyində yaranan narahatlıqdan dolayı xəstəxanalıq olduğu qeyd edilib.

Yayılan xəbərlərdən sonra Lavrovun cavabı gecikməyib. Sergey Lavrovla birlikdə olduğunu vurğulayan Mariya Zaxarova isə yayılan xəbərlərin yalan olduğunu paylaşdığı video ilə sübut edib.

Lavrov yayılan xəbərlərə bu cür reaksiya verib: “Sabah oteldə keçiriləcək zirvə üçün materialı oxuyuram. Sağlamlığımla bağlı yayılan xəbərlər siyasi bir oyundur”.

QAZİLER.AZ

Diaspora