Almaniya səfiri İran XİN-ə çağırılıb

Almaniya səfiri İran XİN-ə çağırılıb backend

Almaniyanın İrandakı səfiri Hans Edo Motsel Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru bu görüşdə Almaniya kanslerinin məsuliyyətsiz bəyanatlarını pisləməklə yanaşı, Almaniyanın İranın daxili işləri ilə bağlı destruktiv yanaşmalarına sərt etirazını səfirə çatdırıb.

İran Xarici İşlər Nazirliyinin rəsmisi bu cür qeyri-konstruktiv bəyanatların və hərəkətlərin davam etdirilməsinin iki ölkə arasında münasibətlərin gələcəyi ilə bağlı təsirlərinə görə Almaniya tərəfinin məsuliyyət daşıdığını bildirib.

Almaniya səfiri cavabında bildirib ki, İran molla Respublikasının mesajını ən qısa zamanda öz hökumətinə çatdıracaq.

Bu görüşdə İran molla Respublikasının rəsmi etiraz notası da Almaniya səfirinə çatdırılıb.

Xatırladaq ki, səfir Hans Edo Motselin İran XİN-ə çağırılması Almaniya kanslerinin İran molla Respublikasına qarşı bəyanatlarından sonra baş verib.

loading...
Diaspora