Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşlığı və ya xaricdə yaşamaq icazəsi olan şəxslərin Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət keçməsi haqqında fərman imzalayıb.
Qaziler.az xəbər verir ki, sənədə əsasən, xarici vətəndaşlığı olanlar Rusiya Silahlı Qüvvələrində, Milli Qvardiyanın qoşunlarında, eləcə də yanğınsöndürmə xidmətinin hərbi hissələrində xidmət edə biləcəklər.
Əvvəllər yalnız Rusiya Federasiyasının vətəndaşı olan şəxslər hərbi xidmət keçə bilərdilər. Əcnəbilər isə yalnız əsgər, matros, çavuş və gizirlərin sıralarında müqavilə əsasında xidmət etmək imkanına malik idilər.
QAZİLER.AZ