Putin Kadırovun xanımı ilə bağlı fərman imzaladı

Putin Kadırovun xanımı ilə bağlı  fərman imzaladı backend

Rusiya Prezidenti Vladimir Putin Sovet dövründə mövcud olan “Qəhrəman ana” fəxri adının verilməsinin bərpasından sonra ilk dəfə fərman imzalayıb.

Qaziler.az “meduza.io”ya istinadla xəbər verir ki, bu titulu ilk alan qadınlardan biri Çeçenistan rəhbəri Ramzan Kadırovun xanımı Medni Kadırova olub.

Digəri isə Yamal-Nenetsk muxtar bölgəsindən olan Olqa Dextyarenkoya verilib.

Qadınlar həmçinin “ailə institutunun möhkəmləndirilməsində və uşaqların tərbiyəsində böyük xidmətlərə görə” adına da layiq görülüblər. Fəxri adlardan əlavə, onlara 1 milyon rubl pul mükafatı da təqdim edilib.

Belə ki, Medni Kadırova 14, Olqa Dextyarenko isə 10 uşaq anasıdır.

Putin “Qəhrəman ana” adının verilməsi haqqında fərmanı bu ilin avqustunda imzalayıb. Sənədə əsasən, bu ada Rusiya vətəndaşı olan, 10 və daha çox uşaq dünyaya gətirən və böyüdən qadınlara veriləcək.

Qeyd edilib ki, Sovet İttifaqı dövründə 400 mindən çox qadın “Qəhrəman ana” adını alıb.

QAZİLER.AZ

Diaspora