Şinzo Abe yenidən Yaponiya Liberal Demokratik Partiyasının sədri seçilib

Şinzo Abe yenidən Yaponiya Liberal Demokratik Partiyasının sədri seçilib backend

Yaponiyanın Baş naziri Şinzo Abe alternativsiz olaraq yenidən hakim Liberal Demokratik Partiyasının (LDP) sədri seçilib.



Sentyabrın 8-də keçirilən seçkilər zamanı partiyanın sədri vəzifəsinə Ş.Abenin namizədliyi digər iddiaçılar olmadığı üçün avtomatik şəkildə qeydə alınıb.

LDP sədri seçkilərində Ş.Abenin yeganə rəqibi Seyko Noda seçkilərdə iştirakdan imtina edib.