Berlin Yunanıstandakı qaçqınlara yardımı ikiqat artırır

Berlin Yunanıstandakı qaçqınlara yardımı ikiqat artırır backend

Almaniya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Berlin Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsi tərəfindən Yunanıstandakı qaçqınlara humanitar yardım kimi ayrılan vəsaiti ikiqat artırır.



Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib: “Beləliklə, biz vurğulayırıq ki, Yunanıstan çox çətin vəziyyətdədir, Afinanın bu çətin məsələnin öhdəsindən gəlməsində biz ona kömək etməyə çağırmaq və bu barədə xəbərdarlıq etməklə bərabər, həm də özümüz ona kömək edə bilərik”.

AFR qaçqınların qeydiyyata alinmasına və onların tibbi yardımla təmin olunmasına da kömək edəcək.
Diaspora