Lavrovla və Quterreş ASEAN-ın şam yeməyinə eyni rəngli köynəklə gəldilər - FOTO/VİDEO

Lavrovla və Quterreş ASEAN-ın şam yeməyinə eyni rəngli köynəklə gəldilər - FOTO/VİDEO backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin baş katibi Antonio Quterreş ASEAN-ın Qala Şam yeməyinə yaşıl köynək geyiniblər.

Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Lavrov və Quterreş Kambocanın paytaxtı Pnompendə keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitinin şam yeməyində iştirak üçün tikilən ənənəvi köynəklərin yaşıl rəngini seçiblər.

Bu dəfə köynəyin ğlçüsü Sergey Lavrova uyğun olub. Lakin bu ilin avqustunda ASEAN-ın əvvəlki tədbirində Lavrovun köynəyi çox kiçik olub. Bu hal ilk dəfə yaşanmır. ASEAN təşkilatçıları hər dəfə lavrovun bədən ölçüsünü təxmin edə bilmirlər. 

Qeyd olunub ki, Rusiya XİN rəhbəri ilə BMT baş katibinin köynəklərinin rənginin üst-üstə düşməsi simvolik xarakter daşıyır. Belə ki, noyabrın 19-da "taxıl sazişi"nin mümkün uzadılması gözlənilir.

QAZİLER.AZ

Diaspora