18 il aerportda yaşayan iranlı öldü

18 il aerportda yaşayan iranlı öldü backend

Parisin “Şarl de Qoll” hava limanında 18 il yaşayan iranlı qaçqın Mehran Kərimi Nasseri hava limanında dünyasını dəyişib.

Bu barədə “The Guardian” hava limanının rəsmi nümayəndələrinə istinadən xəbər verib.

Mehran Kərimi Nasseri noyabrın 12-də günorta saatlarında Terminal 2F-də ürək tutmasından vəfat edib. Polis və tibb işçilərinin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

1945-ci ildə doğulduğu güman edilən Kərimi Nasseri 1988-2006-cı illərdə “Şarl de Qoll” hava limanının I Terminalında yaşayıb. Aeroport sözçüsünün sözlərinə görə, o, son həftələrdə yenidən hava limanında yaşayırmış.

Onun hekayəsi amerikalı kinorejissor Stiven Spilberqi baş rolu Tom Henksin canlandırdığı “Terminal” filmini yaratmağa ruhlandırıb.

loading...
Diaspora