Məşhur musiqiçi Ukrayna üçün gitarasını satdı - FOTO

Məşhur musiqiçi Ukrayna üçün gitarasını satdı - FOTO backend

Məşhur ingilis müğənni, bəstəkar, keçmiş "Beatle" qrupunun üzvü Pol Makkartninin gitarası 77 min dollara satılıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Julien's" hərrac evindən məlumat verilib. 

Satışdan əldə edilən gəlirin Rusiya-Ukrayna münaqişəsinin qurbanlarına dəstək üçün ayrılacağı bildirilib. 

Bundan əlavə, hərracda "Guns N' Roses" qrupunun üzvü "Clash"ın gitarasının satışından 31 min dollar, Meksikanın "Mana" qrupuna məxsus gitaradan 11 min dollardan çox pul toplanıb.

Hərrac noyabrın 13-ü axşam başa çatacaq. Burada əvvəllər Kurt Kobeyn, Con Lennon, Madonna və başqalarına məxsus olan 1,5 mindən çox lot satılıb.

QAZİLER.AZ

Diaspora