Ukrayna daha 45 hərbçisini Rusiyadan geri aldı

Ukrayna daha 45 hərbçisini Rusiyadan geri aldı backend

Cümə günü, noyabrın 11-də Ukrayna ilə Rusiya arasında növbəti hərbi əsir mübadiləsi baş verib. Rusiya Ukrayna Silahlı Qüvvələrinin 45 hərbçisini geri qaytarıb. 

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib.

"Bu gün daha bir mübadilə baş verdi. Ukrayna Silahlı Qüvvələrinin 45 əsgərini azad etməyə nail olduq. Onlar arasında döyüşlərdə ölkəmizi qoruyan əsgər və çavuşlar da var. Həlak olan hərbçilərimizdən isə ikisinin nəşini qaytara bildik. Bütün ukraynalıları vətənə qaytaracağıq”, - Yermak teleqram kanalında yazıb.

O, Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahına gördüyü işlərə görə təşəkkür edib.

"Uşaqlar evdə bu əsgərləri gözləyir, qohumlarla daim əlaqə saxlayırdıq. Narahat və yuxusuz gecələr arxada qalıb. Hər şey yaxşı olacaq", - Yermak əlavə edib.

Mənbə: interfax.com.ua

QAZİLER.AZ

Diaspora