Timsah çayda gəzən uşağı diri-diri uddu - FOTO

Timsah çayda gəzən uşağı diri-diri uddu - FOTO backend

Cənubi Amerika ölkəsi Kosta Rikanın Limon şəhərində uşaq timsaha yem olub.

Qaziler.az xəbər verir ki, 8 yaşlı Xulio Otero Fernandez adlı uşaq ailəsi ilə birlikdə Matina çayına dincəlməyə gedib. Bu zaman sudan çıxan timsah uşağı suyun içinə sürüyərək diri-diri udub.

Həmin an çığıraraq kömək istəyən ana və ata övladını xilas edə bilməyib və onun timsah tərəfindən faciəvi məhvini çarəsiz şəkildə izləməyə məcbur olub.

Hadisədən sonra ortaya maraqlı fakt çıxıb. Belə ki, baş verən dəhşətli hadisədən sonra çayda nə timsahın, nə də uşağın izlərinə rast gəlinib.

QAZİLER.AZ

Diaspora