Rusiya ordusu Xersondan geri çəkilmə işlərini tamamladıqdan sonra, Ukrayna ordusunun şəhərə girdiyi anın görüntüləri yayılıb.
Qaziler.az xəbər verir ki, görüntülərdə əsgərlərin şəhərin küçələrində yürüşü və ictimai binalara Ukrayna bayrağını sancdığı yer alıb.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak isə tvitter hesabında “11.11.22” tarixini paylaşıb.
Həmçinin Xersonun mərkəzində yerləşən inzibati binanın qarşısındakı abidəyə Ukrayna bayrağı ilə yanaşı Avropa İttifaqı bayrağının sancıldığı aydın görünüb.
QAZİLER.AZ



