Moldova prezidenti Nikolae Timofti etirazçıların istefa tələbini rədd edib. APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə MoldovaPrezident Administrasiyasının baş katibi İon Peduraru açıqlama yayıb. O bildirib ki, prezident N. Timofti şübhəsiz ki, istefaya getməyəcək və etirazçıların tələblərinə tabe olmayacaq: “Bu qəribə və əsassız tələblər birdən-birə ortaya çıxdı və onların fəaliyyətlərinin leytmotivi oldu. Sanki başqa heç bir problem yoxdur. Prezidentin istefası nə cəmiyyətin, nə də ölkənin marağındadır”.
Etirazçıların prezidentin meydana çıxmaq tələbinə cavab verən administrasiyanın baş katibi N. Timoftinin bu məsələyə baxacağını söyləyib.Qeyd edək ki, sentyabrın 6-da Kişinyovun mərkəzində kütləvi aksiya başlayıb. Həmin günün axşamı nümayişçilərin sayı 10 min olub. Onlar hökumət binasının qarşısında çadırlar qurublar. Etirazçıların əsas tələbi prezidentin hakimiyyətdən getməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsidir.