Hindistan Ermənistana 155 mm-lik haubitsa tədarük edəcək

Hindistan Ermənistana 155 mm-lik haubitsa tədarük edəcək backend

Hindistan Ermənistana öz istehsalı olan 155 mm-lik ATAGS yedəkli haubitsaları tədarük edəcək. Sifariş “Bharat Forge Ltd”nin törəmə şirkəti olan “Kalyani Strategic Systems Ltd” özəl şirkəti tərəfindən alınıb.

Alıcı ölkə göstərilməyib, lakin “Business Standard”ın məlumatına görə, söhbət Ermənistandan gedir.

Qeyd olunur ki, bu, Hindistan tarixində belə artilleriya sistemlərinin ilk ixracıdır. Müqavilənin məbləği 150 milyon dollardır, əməliyyat üç il ərzində həyata keçiriləcək.

Şirkət həmçinin ATAGS artilleriya qurğularının 48 km mənzilli olduğunu bildirir.

Bundan əvvəl Hindistanın “Solar Group” şirkəti “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin alınması ilə bağlı müqavilənin bağlandığını və Ermənistanın da bu silahın ilk alıcısı olacağını elan edib.

Xatırladaq ki, sentyabrın sonlarında Hindistanın Müdafiə Nazirliyi Ermənistana raket, reaktiv və döyüş sursatlarının ixracı ilə bağlı sərəncam imzalayıb. Razılaşmanın dəyəri barədə açıqlama verilməsə də, yaxın aylarda Ermənistana dəyəri 240 milyon dollardan çox olan silahların çatdırılacağı bildirilirdi.

Mənbə: The Hindu / Oxu.az

loading...
Diaspora