BMT Rusiya ilə taxıl sazişinin uzadılmasını müzakirə edəcək

BMT Rusiya ilə taxıl sazişinin uzadılmasını müzakirə edəcək backend

BMT baş katibinin müavini Martin Qriffitslə təşkilatın Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan noyabrın 11-də Cenevrədə Rusiya nümayəndələri ilə taxıl sazişinin uzadılması ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibi ofisinin nümayəndəsi Stefani Tremblay keçirdiyi brifinqdə bildirib.

Danışıqlarda Rusiya tərəfini xarici işlər nazirinin müavini Sergey Verşinin təmsil edəcək.

Ukraynadan taxıl ixracına dair müqavilələrin müddəti noyabrın 19-da başa çatır.

loading...
Diaspora