III Çarlza yumurta atdılar - VİDEO

III Çarlza yumurta atdılar -  VİDEO backend

Böyük Britaniya kralı III Çarlz və həyat yoldaşı Kamilla Yorkşirə səfəri zamanı yumurta atəşinə tutulublar.

Məlumata görə, monarx kraliça yoldaşı ilə birlikdə York şəhərinə rəsmi səfərə gəlib. Hadisə III Çarlz şəhər rəsmiləri ilə söhbət edərkən baş verib. İzdihamın arasından krala üç toyuq yumurtası atılıb. Hadisəni “Sky News” telekanalının operatoru lentə alıb.

Kral cütlüyünə yumurta atan şəxs saxlanılmazdan əvvəl “Bu ölkə qulların qanı üzərində qurulub”, - deyə qışqırıb. Ətrafdakı insanlar isə “Tanrı Kralı qorusun!”, - deyərək əlahəzrəti dəstəkləyiblər.

Mənbə: lenta.ru

loading...
Diaspora