"Rusiya döyüş tanklarının yarısını itirib" - Pentaqon

"Rusiya döyüş tanklarının yarısını itirib" - Pentaqon backend

“Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya, yəqin ki, əsas döyüş tanklarının yarısını itirib”.

"Report" “Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin (Pentaqon rəhbərinin) müavini Kolin Kal deyib.

O bildirib ki, Rusiya, həmçinin dəqiq silahların əksəriyyətindən istifadə edib: “Rusiya Prezidenti Vladimir Putin uğursuzluğa düçar oldu. Rusiya bu müharibənin nəticəsində zəifləyəcək”.

K.Kal söyləyib ki, Rusiyanın itkiləri SSRİ-nin Əfqanıstandakı itkilərindən qat-qat çoxdur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı savaş bu ilin fevral ayında başlayıb.

 

loading...
Diaspora