Polşa Ukraynaya 100 milyon avro həcmində kredit ayırıb. APA-nın RİA Novosti agentliyinə istinadən xəbərinə görə, bu barədə Polşa hökumətinin rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir.
Məlumata əsasən, kredit Polşadan Ukraynaya mal və xidmət ixracının maliyyələşdirilməsi, sərhədyanı nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və ölkələrarası sərhəd məntəqələrinin tikilməsinə yönələcək.
Qeyd edək ki, bundan əvvəl Dünya Bankı Ukraynaya 500 milyon dollar həcmində kreditin veriləcəyini bəyan etmişdi.