“Türkiyə ərazisi terrorçulardan təmizlənəcək”.
APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Hakkari vilayətində baş vermiş terror aktı ilə bağlı keçirdiyi mətbuat konfransında bəyan edib.
“O dağlar terroristlərdən təmizlənəcək. Nə olursa olsun təmizlənəcək. Bu ölkənin dağları, düzənlikləri, şəhərləri terroristlərə verilməyəcək”, deyə Ə.Davudoğlu bildirib.
Onun sözlərinə görə, terrorla mübarizə daha əzmlə davam etdiriləcək.